Adolfo Bio Kasares "Morelin ixtirası"

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin nəşri – Adolfo Bio Kasaresin “Morelin ixtirası” kitabıdır.

Hekayə və qısa romanlar ustası kimi şöhrət qazanmış Adolfo Bio Kasares (1914-1999) iti zəkası, qələminin satirik ruhu və özünəməxsus təxəyyülü sayəsində yaratdığı yüksək səviyyəli ədəbiyyat inciləri ilə oxucuların qəlbinə yol tapmışdır. “Morelin ixtirası” romanı (1940) ilə zəngin ədəbi irsinin əsasını qoyan yazıçı, həmçinin “Qaçış planı” (roman, 1945), “Qəhrəmanların xəyalı” (roman, 1954), “Donuz müharibəsinin gündəliyi” (roman, 1969), “Günəş altında yatmaq” (roman, 1973), “La Platada bir fotoqrafın macərası” (roman, 1985) əsərlərinin və bir çox hekayə toplusunun müəllifidir. Yaxın dostu, böyük Argentina yazıçısı Xorxe Luis Borxeslə ispandilli ədəbiyyatın məcrasını kökündən dəyişən ədəbi birlik yaratmış Kasares 1990-cı ildə Servantes Ədəbiyyat Mükafatına layiq görülüb.

Kitabı dilimizə Emin Ələsgərov tərcümə edib.