"Hər suala bir cavab" Ensiklopedik toplu - I cild

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin orta məktəb şagirdləri üçün əlavə oxu vəsaiti kimi nəzərdə tutulmuş nəşri – "Hər suala bir cavab" çoxcildlik ensiklopedik toplunun birinci cildi "Bizi əhatə edən aləm", "İnsan orqanizmi", "Başqa məxluqlar necə yaşayır?" və s. bu kimi bölmələrdən ibarətdir. Ensiklopediya, özündə 300-dən çox mövzuya dair qısa, ensiklopedik məlumat  cəmləyir.