Mariya Elena Valş “Dailan Kifki”

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi ilə Argentina səfirliyinin növbəti birgə layihəsi – Müasir Argentina uşaq ədəbiyyatının tanınmış siması – yazıçı Mariya Elena Valşın “Dailan Kifki” əsəri əsasən, orta məktəb şagirdlərinin mütaliəsi üçün nəzərdə tutulub. Nəfis tərtibli kitab, sahibi tərəfindən tərk edilmiş filin macəralarından bəhs edir. 

Əsərin ispan dilindən tərcüməçisi Emin Ələsgərov, redaktoru İlqar Əlfidir.