“Əsrarəngiz Misir nağılları”

ARNK yanında Tərcümə Mərkəzinin növbəti nəşri – Mərkəzlə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə ərsəyə gətirdiyi, uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulan “Əsrarəngiz Misir nağılları” kitabı, oxucularını sehrli Misir aləminə dəvət edir, ölkənin qədim mədəniyyəti, adət-ənənələri, tarixi və insanları haqqında maraqlı, zəngin təəssürat yaradır.

Nağılları ərəb dilindən Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin əməkdaşı Fərid Camalov tərcümə edib. 

Kitabın redaktoru Salam Sarvandır.