Nikolay Xomiç "Sərdabənin sirri"

ARNK yanında Tərcümə Mərkəzinin yeni nəşri – görkəmli Ukrayna nasiri Nikolay Xomiçin “Sərdabənin sirri” kitabı elektron kitabxana portalına yerləşdirilib. 

Nikolay Xomiç:

* “Su pərisinin gecəsi”, “Zaman”, “Yalan torpağı”, “Sərdabənin sirri” romanlarının müəllifi;

* “Voin sveta”, “Don Kixot” beynəlxalq ədəbiyyat mükafatları laureatı;

* Əsərlərinin əsas mövzusu – itirilmiş tarixi yaddaşın bərpası.

“Sərdabənin sirri” romanı qədim Kiyev-Rus dövləti hakimiyyəti dövrü yaşanan tarixi hadisələri, Qərb və Bizans sivilizasiyaları arasında seçim etmək məcburiyyətində qalmış Ukrayna xalqının keçdiyi ağrılı-acılı yolu əks etdirir.

Əsəri dilimizə Saday Budaqlı və Fərhad Abdullayev tərcümə edib.

Kitabın redaktoru Bəhlul Abbasovdur.