Əlimərdan bəy Topçubaşov “...Xalqımızın müstəqil yaşayacağına inanırdıq”

Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – Əlimərdan bəy Topçubaşovun “...Xalqımızın müstəqil yaşayacağına inanırdıq” kitabına görkəmli xadimin məqalələri, nitqləri, səfər qeydləri, diplomatik yazışmaları, tarixi araşdırmaları, bədii publisistikası və zəngin epistolyar irsindən nümunələr toplanmışdır.

Kitab Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və həyatını Cümhuriyyət idealının gerçəkləşməsi uğrunda fəda edənlərin əziz xatirəsinə ithaf olunur.

Kitabın tərtibçisi Vilayət Quliyev, redaktoru Afaq Məsuddur.