Vladimir Danilenko "Qürub çağının işığında"

Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – çağdaş Ukrayna ədəbiyyatının tanınmış siması Vladimir Danilenkonun “Qürub çağının işığında” kitabına müəllifin “Tarnovskilər malikanəsindəki kölgələr” və “Mənim qarayanız, qıvrımsaç günəşim” romanları, eləcə də “Qulaqlar”, “Kiyevli oğlan”, “Qürub çağının işığında”, “Göbələk çığırtısı”, “Turovestdə futbol”, “Zanbaqlar arasındakı iz”, “Dovşan” hekayələri daxildir.

Kitabı dilimizə tanınmış Azərbaycan yazıçısı, tərcüməçi Etimad Başkeçid tərcümə edib.