Türk Ədəbiyyatı Antologiyası

Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – “Türkiyə ədəbiyyatı antologiyası” kitabında təxminən səkkiz əsr ərzində yaradılmış poetik irsdən örnəklər toplanıb. Kitaba Türkiyə ədəbiyyatının görkəmli simalarından olan Şəyyad Həmzə, Cəlaləddin Rumi, Yunus Əmrə, Qaracaoğlan, Namiq Kamal, Ziya Göyalp, Yusif Ziya Ortaç, Mehmet Akif Ərsoy, Aşıq Veysəl, Nazim Hikmət, Səbahəddin Ali, Orxan Vəli Kanık, Mehmet Kamal, Can Yücəl, Camal Sürəyya, Əhməd Oktay, Nevzat Çelik və digər şairlərin şeirləri daxil edilib.

Kitabı tərtib edən və dilimizə uyğunlaşdıran Əhməd Oğuz, redaktor Nəriman Əbdülrəhmanlıdır.