Gürcü nəsri antologiyası

Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – müasir gürcü ədəbiyyatının ümumi mənzərəsini ilk dəfə küll halında Azərbaycan oxucusuna təqdim edən “Gürcü nəsri antologiyası” kitabında Mixeil Cavaxişvili, Cabua Amirecibi, Tamaz Çiladze, Revaz İnanişvili, Nuqzar Şataidze, Maka Coxadze, Şota İataşvili, İrakli Cavaxadze, Marina Soskolauri kimi, otuzdan çox tanınmış gürcü ədibinin əsərləri toplanıb.

Əsərləri gürcü dilindən tanınmış Azərbaycan yazıçıları Nəriman Əbdülrəhmanlı və Etimad Başkeçid çevirib.