“Ümumi dilçilik kursu” əsəri

Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – tanınmış isveçrəli dilçi-alim, semiologiya və struktur dilçiliyin banisi Ferdinand de Sössürün “Ümumi dilçilik kursu” kitabı XX əsr dilçilik elminin “atası” hesab edilən alimin mühazirələri əsasında hazırlanmış, ölümündən 3 il sonra məşhur isveçrəli dilçilər – Şarl Balli və Alber Seşe tərəfindən tərtib edilərək, dünyanın bir çox dillərinə tərcümə və nəşr edilmişdir.

Dilçilik və tərcüməçilik, humanitar elmlərin ümumi metodoloji problemləri sahəsi, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabı dilimizə Azərbaycanın tanınmış dilçi alimləri – akademik Nizami Cəfərov və filologiya üzrə fəlsəfə doktoru İsmayıl Temiroğlu tərcümə edib.