"Çexovdan Markesə qədər"

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Tərcümə Mərkəzinin kitabları” seriyasının nəşri – “Çexovdan Markesə qədər” kitabı XX əsr dünya ədəbiyyatı mənzərəsini yığcam hekayə janrının vasitəsilə işıqlandırmağa cəhd edir.

Kitabda A.P.Çexov, A.Rünoske, Ş.Anderson, F.Kafka, K.X.Sela, U.Folkner, V.Borhert, M.Venturi, F.Rot, P.Handke, L.O.Flaerti kimi, ayrı-ayrı mədəniyyətlərin ədəbiyyatını təmsil edən görkəmli ədiblərin məşhur əsərləri yer alıb.