"Candles" (101 verses)

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin nəşri - "Candles" ("Şamlar") müasir Azərbaycan şeir antologiyasıdır. İngilis dilində nəşr olunan bu kitabın təqdimat mərasimi Londonun Trafalqar meydanı yaxınlığında yerləşən, Avropanın ən böyük kitab Mərkəzi "Waterstones" Kitab Evində baş tutub. Təqdimat mərasimində London ədəbi ictimaiyyəti, şair və yazıçılar, ölkəmizin Böyük Britaniya Krallığındakı səfirliyinin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.