"Açıq Kitab" elektron kitabxanası rusdilli mütaliəçilər üçün yeni bölmə təqdim edir
20 Noyabr 2015

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Açıq Kitab" elektron kitabxanası rusdilli mütaliəçilər üçün yeni bölmə təqdim edir. Bu bölmədə onlar müasir, eləcə də klassik bədii ədəbiyyat nümunələrinin rus dilində elektron versiyasını mütaliə edə biləcəklər.

Bunun üçün mütaliəçilər www.achiqkitab.az saytının "Rus dilində ədəbiyyat" bölməsinə daxil olmaqla kitabların oxusuna başlaya bilərlər.