E L A N
23 Noyabr 2015

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi qeyri-rezidentlərin (Azərbaycanda yaşayan xarici vətəndaşlar) Azərbaycan dilinin mənimsənilməsi məqsədilə dil kursları təşkil edir.

Kursun aidiyyatlı qrupu qismində xarici ölkələrin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirliklərində çalışan vətəndaşları, müxtəlif xarici qurumların Azərbaycanda fəaliyyət göstərən nümayəndələri, xarici şirkətlərin rəhbərləri və əməkdaşları, eləcə də Azərbaycan dilini öyrənmək həvəsində olan digər əcnəbi əsilli şəxslər nəzərdə tutulur.

Kurslar interaktiv və praktiki formatda təşkil edilir. Dərslər, əsasən, şifahi danışıq dilinin və yazı mədəniyyətinin mənimsənilməsi istiqamətində həyata keçirilir.

Kursların başlanğıc tarixi: - 12 yanvar 2015

Müddəti: - 5 ay

Məşğələlərin sayı: - Həftədə 2 dəfə

Dərs müddəti: 1,5 saat

Kursların keçirildiyi ünvan:  Tərcümə Mərkəzinin inzibati binasi (Əlimərdan Topçubaşov küçəsi, 74.)

Kursların aylıq ödənişi: 100 AZN

Kurslara qeydiyyata düşmək üçün sənədlər aşağıda qeyd olunmuş elektron poçt ünvanına göndərilməli, yaxud, kağız formatında Tərcümə Mərkəzinin kurs rəhbərliyinə təqdim edilməlidir.

Kurslara qeydiyyat üçün lazım olan sənədlər:

1) Şəxsiyyət vəsiqəsinin surəti

2) 2 ədəd fotoşəkil

3) CV

Ünvan:                 Əlimərdan Topçubaşov küçəsi, 74.

E-mail:                 idk@aztc.gov.az

 

Əlaqə telefonu:    (+994 12) 595-10-69