“Açıq kitab” elektron mütaliə portalında yeni bölmə
21 İyul 2016

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Açıq kitab” elektron mütaliə portalında yeni bölmə – “İngilis dilində ədəbiyyat” bölməsi istifadəyə verilib. Bölmənin yaradılmasında məqsəd – dünya söz sənəti tarixində xüsusi yeri olan klassik və müasir ədəbiyyat nümunələrini portalın istifadəçilərinə ingilis dilində (orijinalda və ya tərcümədə) təqdim etmək, bu dili mükəmməl səviyyədə mənimsəmək istəyən oxucuların bədii dilə və ədəbiyyata  marağını artırmaq, onlara kitabxananın zəngin arxivindən ödənişsiz istifadə imkanı yaratmaqdır.

Bunun üçün  www.achiqkitab.az saytının “İngilis dilində ədəbiyyat” bölməsinə daxil olmaq və arzu olunan ədəbiyyatı seçmək kifayətdir.