"Açıq Kitab" elektron kitabxana daha bir kitabın onlayn versiyasını oxuculara təqdim edir
25 Aprel 2017


Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Açıq Kitab" elektron kitabxanası gənclərin mütaliəyə marağının artırılması məqsədi ilə yeni kitabların elektron versiyasını oxuculara təqdim edir.

Bu dəfə virtual kitabxana oxuculara Çağdaş Ukrayna şeiri – “Kişi, qadın və çətir” kitabını təqdim edir.

Kitabda XX və XXI əsr Ukrayna ədəbiyyatının müxtəlif nəsillərini təmsil edən otuz şairin poeziyasından seçmə nümunələr toplanıb.

Müasir Ukrayna poeziyasının ümumi mənzərəsini təqdim edən şeirlər toplusu dərin poetik yaşantılar – zamanın axarı, sözün sehri və bədii mətnin enerjisi ilə sanki bir bütövlük, vəhdət təşkil edir.

Şeirləri dilimizə tanınmış Azərbaycan şairləri Salam Sarvan, Mahir Qarayev və Zahid Sarıtopraq çevirib.

Kitabın redaktoru Yaşar Əliyev, ön sözün müəllifi Salam Sarvandır. 

Oxucular www.achiqkitab.az saytının "Tərcümə Mərkəzinin kitabları” bölməsinə daxil olmaqla bu əsəri oxuya bilərlər.