Tərcümə Mərkəzinin nəşrləri “Oxu günü”ndə
27 Aprel 2018

 

Aprelin 26-da Bakıda “Oxu günü” keçirilib. Heydər Əliyev Mərkəzinin parkında düzənlənən tədbirdə məqsəd – uşaq, yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılması olub.

“Oxu günü”ndə Azərbaycan Tərcümə Mərkəzi də öz nəşrlərini təqdim edib. Onların arasında uşaq ensiklopediyası, dünya ədəbiyyatından tərcümələr, “Azərbaycan dilinin İşlək Orfoqrafiya Sözlüyü”, “Xəzər” jurnalının sayları dayer alıb.