Tərcümə Mərkəzi nəşrlərinin satış şəbəkəsini genişləndirir
27 İyun 2015

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi "Tərcümə mərkəzinin kitabları" seriyasından işıq üzü görmüş nəşrlərinin və Mərkəzin rüblük mətbu orqanı olan "Xəzər" dünya ədəbiyyatı dərgisinin onlayn satışını həyata keçirmək üçün "Alo Kitab" kitab mağazası ilə əməkdaşlığa başlayıb.


"Alo kitab"ın xitmətlərindən yararlanmaqla, Mərkəzin nəşrlərini təkcə Bakı, Abşeron və Sumqayıtdan deyil, bölgələrdən və Naxçıvan Muxtar Respublikasından da sifariş vermək mümkün olacaq.


"Tərcümə Mərkəzinin kitabları" seriyasından işıq üzü görən nəşrlərimizi, həmçinin aşağıdakı kitab mağazalarından da əldə edə bilərsiniz:


- "Akadem Kitab" kitab mağazası
Ünvan: AZ1001, Bakı, Səbail, İstiqlaliyyət, 26  


- Bakı Kitab Klubu
Ünvan: Bakı şəhəri, Mustafa Sübhi küçəsi, 13. Təzə Pir Məscidinin yanı


- "Akademiya" kitab Mərkəzi
Ünvan: AZ1005, Bakı, Səbail, Əziz Əliyev, 13


- Kitab.Az mağazası
Ünvan: 1. Nəsimi r., Puşkin k., 32 a, AK center II mərtəbə (28 may M.)
           11:09 27.06.2015 2. Nizami m., Zivərbəy Əhmədbəyov 2