Tarey Vesosun kitabı ilk dəfə Azərbaycan dilində
01 Oktyabr 2018

 

Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – tanınmış Norveç yazıçısı Tarey Vesosun  “Buz qəsr” kitabı çap edilib.

Kitaba yazıçının müxtəlif illərdə qələmə aldığı “Buz qəsr” (1963), “Quşlar” (1957) romanları, “Nils Fet”, “Nağıl”, “Qışın son günləri” hekayələri daxil edilib.

Əsərləri Azərbaycanda ilk dəfə işıq üzü görən Vesosun yaradıcı özünəməxsusluğu – 73 il yaşamış yazıçının ömrünün sonunacan öz uşaqlıq xatirələrindən ayrıla bilməməsi, dünyaya, insanlara inam və saflıq dolu bu xatirələri özündə və əsərlərində yaşatmasıdır.

Əsasən məktəb həyatından bəhs edən hekayə və romanlar toplanmış kitab geniş oxucu kütləsi, habelə ali və orta məktəb tələbələrinin mütailəsi üçün nəzərdə tutulub.

Kitaba daxil edilmiş əsərləri dilimizə yazıçı Yaşar tərcümə edib.