Ferdinand de Sössürün “Ümumi dilçilik kursu” əsərinin onlayn versiyası oxucuların ixtiyarına verildi
05 Oktyabr 2018

 

Azərbaycan Tərcümə Mərkəzinin son nəşrlərindən olan Ferdinand de Sössürün məşhur “Ümumi dilçilik kursu” əsərinin onlayn versiyası “Açıq kitab” elektron kitabxanası oxucularının ixtiyarına verilib.

Kitabxana izləyiciləri Mərkəzin www.achiqkitab.az saytına daxil ola və nəşrdən pulsuz yararlana bilərlər.