ELAN: Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi tərcümə işinin təkmilləşdirilməsi məqsədilə kurslar təşkil edir
01 İyul 2015

Kurslar iki istiqamətdə fəaliyyət göstərir:

Dil kursları  - müxtəlif səviyyələr və aşağıdakı dillər üzrə təşkil edilir:

İngilis

Alman

Fransız

İspan

İtalyan

Rus

Türk

Fars

Ərəb

Dil kurslarının müddəti 6-12 ay, ixtisasartırma kurslarının müddəti isə - tərcüməçinin peşəkarlıq səviyyəsindən asılı olaraq 2-6-12 aydır. 

Məşğələlər həftədə 2 dəfə, hər dərs 1,5 saat olmaqla, Tərcümə Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbul qeydiyyatı davamlıdır.
Kursların aylıq ödənişi 40 AZN-dir.

Kurslara qeydiyyata düşmək üçün aşağıdakı sənədlər qeyd olunmuş elektron poçt ünvanına göndərilməli, yaxud, kağız formatında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin Kurs rəhbərliyinə təqdim edilməlidir. 

Kurslara qeydiyyat üçün müvafiq sənədlər:
1) Şəxsiyyət vəsiqəsinin surəti
2) 2 ədəd fotoşəkil
3) CV

Ünvan: Əlimərdan Topçubaşov küçəsi, 74.
E-mail: idk@aztc.gov.az 
Əlaqə telefonu: (+994 12) 595-10-69